Dünya 12:39 21.04.2018

Qumarbaz rahib kilsədən yarım milyon oğurladı

Venesiyanın Spinea qəsəbəsində çalışan rahib Don Flavio Qobbo 2016-cı ildə uzunmüddətli məzuniyyətə çıxmışdı. Din xadimi ilə bağlı bu qərarın səbəbi ictimaiyyətə açıqlanıb və böyük səs-küyə səbəb olub. 

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qumar asılılığı olan rahibin kilsə kassasından 500 min avro pul oğurlayıb uduzduğu ictimaiyyətə açıqlanıb. Kilsə pataloji qumar problemi olan Qobbonu müalicə üçün xüsusi mərkəzə göndərib.

Məhkəmə tərəfindən şərti azadlıq hökmü verilən rahibin pulu hissələr şəklində geri qaytaracağı bildirilib. 

Hadisə sosial mediada böyük müzakirəyə səbəb olub və din xadiminin adının belə hadisədə hallanması, kilsənin faktı vaxtında açıqlamaması narazılıqla qarşılanıb.

Gülşən