Maqazin 11:47 09.07.2015

"Ailəli xanımlar mənimə görə ərlərini atmağa hazırdırlar" - Əməkdar artist

"Mənim səsim bas-baritondur. Bu səs tembri xüsusən də qadınların çox xoşuna gəlir. Çünki kişidən kişi səsi çıxar". Bu sözləri aile.lent.az-a “Üns” Yaradıcılıq Mərkəzinin, Estrada və Simfonik Orkestrin solisti, əməkdar artist Xəyyam Mustafazadə deyib.

Müğənni  “Sənətçi kimi yox, Xəyyam kimi sizə məhəbbətini etiraf edən çox olub?” sualına isə bu cür cavab verib: “Çox. Bu, normaldır. Çox yaxşı qarşılamışam. Düzdür, bu o demək deyil ki, mən hamısı ilə münasibət qurmalıyam, hamısına eşq elan etməliyəm. Onlar özlərinə xəyal qururlar. Aralarında xəstələri də var. Deyirlər ki, “Xəyyam mənim olmalıdır, vəssalam”. Bütün günü mənə yazırlar. Hətta ailəli xanımlar var ki, mənimlə olmaq üçün ərlərini, uşaqlarını atmağa hazırdırlar. Mən onlara xəstə insanlar kimi baxıram. Şoka düşürəm. Bu, düzgün deyil axı. Əgər sənətçinin yarı varsa, o, da bunları normal qarşılamalıdır. Sənətçi ictimai insandır. Sənətçi kişi, qadınların xoşuna gələ bilər”.

Daha sonra ifaçı etiraf edib: “Bir etiraf edim ki, mən qadınlara yaxınlaşa bilmirəm. Çünki hansısa qadın mənə “yox” desə, elə bilirəm sınıq-sınıq olaram. “Yox” cavabını heç vaxt qəbul etməmişəm və mənə heç vaxt o söz deyilməyib. Hətta orta məktəb vaxtında da. Həmişə qızlar özləri mənə birinci yaxınlaşıb sevgi etiraf edib. Özüm demək olar ki, heç vaxt hansısa xanıma yaxınlaşıb tanış olmamışam”.

Qaynar.info