Dünya 12:25 07.08.2017

"Al Jazeera"nin fəaliyyəti dayandırılır

İsrail "Al Jazeera" telekanalının ölkədə yayımını dayandırmaq və Qüds ofisini bağlamaq barədə qərar qəbul edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İsrailin rabitə naziri Eyyub Qara Qətər əmirliyinə aid "Al Jazeera" telekanalının bağlanması üçün addımların atıldığını, Qüds ofisinin bağlanması üçün isə parlamentin yeni dəyişikliyi qəbul etməsi lazım olduğunu deyib.

Mətbuat konfransında çıxış edən Qara "Al Jazeera"nin İŞİD, Həmas, Hizbullah, İranın əlaltısına çevrildiyini deyib. Baş nazir Benjamin Netanyahu isə "Twitter" hesabında Eyyub Qaranı bu addımına görə təbrik edib. 

Qeyd edək ki, İsrail höküməti "Al Jazeera"ni son olaraq Əl Əqsa məscidində baş verən terrordan sonra fələstinlilərin məscidə girişə qoyulan qadağaya etirazı zamanı hadisələrə müdaxilə etməkdə və aranı qatmaqda ittiham edir.

Gülşən

Qaynarinfo.Az