Dünya 19:24 26.07.2013

"Fukusima-1"də radioaktiv sızma davam edir

AES-in operatoru olan şirkət tədbir görə bilmədiyinə görə üzr istəyib

Yaponiyada «Fukusima-1» atom-elektrik stansiyasında radioaktiv su sızması hələ də davam edir və bununla da, «TEPKO» operator-şirkətin 2 il əvvəl baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında səriştəsini şübhə altına alıb. 

Bu bəyanatla Yaponiyanın Dəyişikliklər üzrə Müstəqil Komitəsinin ekspertləri «TEPKO» şirkətinin rəhbərliyi ilə görüşündə çıxış ediblər. Komitənin sədri Deyl Klyayn bildirib ki, şirkətin gördüyü tədbirlər onun ətraf mühitin və əhalinin mühafizəsi üçün lazımi tədbirlərdən xəbərdar olmadığını göstərir. «TEPKO» şirkətinin prezidenti Naomi Xirose isə dəstəyə baxmayaraq, ümidləri doğrulda bilmədiyinə görə üzr istəyib.

Xatırladaq ki, bu həftənin əvvəllərində şirkət ilk dəfə olaraq, «Fukusima-1» atom-elektrik stansiyasından radioaktiv suyun Sakit okeana axdığını etiraf edib. «TEPKO» mütəxəssisləri bildiriblər ki, sızma məhdud təsirə malikdir və yalnız atom-elektrik stansiyasının texniki limanı çərçivəsindəki radioaktiv maddələrin tərkibinə təsir edir. Lakin bu bəyanat şirkətdən təcili tədbirlərin görülməsini tələb edən Ümumyaponiya Balıqçılıq Kooperativləri Şurasını razı salmayıb. Daha əvvəl Yaponiya hökuməti də analoji tələblə çıxış edib./anspress/