Dünya 12:53 24.05.2013

"Ginnesin Rekordlar Kitabı"na düşən müsahibə

Norveçdə dünyanın ən uzun müsahibə rekordu qeydə alınıb.

Yazıçı Han Olav Lahlum dünən günorta saatlarında jurnalist Mads Andersenin suallarını cavablandırmağa başlayıb. 30 saat, 1 dəqiqə, 44 saniyə davam edən müsahibə Ginnes Rekordlar Kitabına daxil olub.

Jurnalist müsahibəni uzatmaq üçün Amerika prezidentlərindən dedektiv romanlara qədər bir çox mövzuda sual hazırlayıb.

Bundan əvvəl ən uzun müsahibə rekordu 2012-ci ildə qeydə alınıb. Yeni zelandiyalı siyasətçi Tim Şadbolt jurnalist Tom Konroyun sualları qarşısında 26 saat tər töküb.

Qaynar.info