İdman 13:49 13.08.2013

"Qurbanov variantı haqda fikir demək istəməzdim"

“Təbii ki, Berti Foqtsun müqaviləsi başa çatanda bütün namizədlərə baxılacaq.

 Hazırda Qurban Qurbanov variantı haqda fikir demək istəməzdim. Çünki bu, düzgün olmazdı”. Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovun millinin baş məşqçisi postuna namizəd olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Məmmədov Nazim Süleymanovun namizədliyi ilə bağlı da danışıb. Baş katib “Süleymanov bu günkü məşqdə çox fəal görünür. Sanki indidən komandanı əlinə almaq istəyir. Ola bilərmi ki, Foqtsun yerinə bu mütəxəssis gəlir” sualına belə cavab verib: “Yox. Süleymanov Foqtsun köməkçisidir. Çox təcrübəli futbolçu olub. Artıq təcrübəli, Premyer Liqamızda tanınmış, yaxşı nəticə göstərən bir məşqçidir. Foqts ona tam inanır və nəticədə Süleymanov bəzi məşq proseslərində belə fəal iştirak edir. Gələcəkdə də belə olacaq”.

Qaynar.info