İdman 10:45 02.07.2014

"Xəzər Lənkəran" "Cenoa"nın futbolçusunu transfer edir?

"Xəzər Lənkəran" İtaliyadan futbolçu transfer edə bilər.

Fanat.az xəbər verir ki, son mövsümü B Seriyası təmsilçisi "Speziya"da keçirən Felipe Seymurun Lənkəran klubuna keçidi mümkündü.

26 yaşlı müdafiəyəmeyilli yarımmüdafiəçi karyerasına vətənində - Çilinin "Universidad de Çili" klubunda başlayıb (2006-2011, 125 oyun, 4 qol). 2011-ci ildə İtaliyanın A Seriya təmsilçisi "Ceona"ya keçən futbolçu bu komandada 31 oyuna çıxıb. 2011/12 mövsümünün ikinci yarısında o, digər A Seriyası təmsilçisinə - "Kataniya"ya icarəyə verilib (13 oyun, 1 qol). 2012/13 mövsümün ilk yarısını "Cenoa"da keçirən Felipe ikinci yarıda icarə əsasında "Kyevo"da forma geyinib (7 oyun). 26 yaşlı yarımmüdafiəçi 2013/14 mövsümündə iacə əsasında çıxış etdiyi "Speziya"da 29 oyuna çıxıb və 1 qol vurub.

Felipe Seymur Çili yığmasının üzvüdü. O, 2010-cu ildən sonra A millidə 6 oyun keçirib.

Qaynar.info