İdman 15:15 19.06.2018

Qurban Qurbanovda püşk açıqlaması: "Bizə ən çətin rəqib düşdü"

Bu gün Çempionlar Liqasının yeni mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatması olub. Püşkatmada Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi müəyyənləşib. Belə ki, "Qarabağ" Avroliqanın 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya” komandası ilə qarşı-qarşıya gələcək.

Qaynarinfo xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun "facebook” səhifəsinə püşkün nəticəsi ilə bağlı açıqlama verib:

"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq və oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü", - deyə o, bildirib.

Qeyd edək ki, "Qarabağ” bu rəqibinə qarşı ilk oyununu iyulun 10-11-də səfərdə, cavab matçını isə 17-18-də Bakıda keçirəcək.