Xəbər lenti

Qvardiola karyerasını bitirmək üçün şərti açıqladı
İdman 15:25 07.12.2023

Qvardiola karyerasını bitirmək üçün şərti açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib ki, İngiltərə klubu bu mövsüm "trebl"ə imza atsa, məşqçilik karyerasını bitirə bilər. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

"Bu mövsüm "trebl" etsək, mütləq təqaüdə çıxacağam. Bilirəm ki, bu, son dərəcə çətindir. İngiltərədə nə qədər inanılmaz komandalar oynayıb və Ser Aleks Ferqyusonla yalnız biz bunu bacarmışıq".

Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2016-cı ildən "Siti"yə rəhbərlik edir. 2022/23 mövsümündə "şəhərlilər" İngiltərə Premyer Liqasını, ölkə kubokunu və Çempionlar Liqasını qazanaraq "trebl" əldə ediblər. "FourFourTwo" Qvardiolanı dünyanın ən yaxşı klub məşqçisi elan edib.

"Mançester Siti" İngiltərədə "Mançester Yunayted”dən sonra Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazanan ilk komanda olub. 2008/09 mövsümündə "Barselona” ilə çempionluq, kubok və Çempionlar Liqası qazanan Qvardiola isə tarixə iki "trebl”ə imza atan ilk baş məşqçi kimi düşüb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->