Dünya 12:05 20.06.2018

Ramazandan sonra Talibandan ilk hücum: 30 ölü

Əfqanıstan ordusu və Taliban terror qrupu arasında əldə edilmiş Ramazan atəşkəsindən sonra ilk terakt törədilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Badqis əyalətində əsgərlərə tələ qurulub. Terror hücumu nəticəsində azı 30 nəfər qətlə yetirilib. 

Qeyd edək ki, hökümət Talibanla atəşkəsi təktərəfli olaraq 10 gün uzatdığını açıqlamışdı.

Gülşən