Ölkə 14:04 19.06.2019

Ramil Usubov polis rəisi təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Qərb Mərkəzinin məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fəqan İsmayılov Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.