Ölkə 16:22 16.02.2018

Ramil Usubovdan 2 yeni təyinat

Bakıda iki polis bölməsinin rəisi dəyişdirilib.
 
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Lətif Cahangirov tutduğu vəzifədən azad edilərək Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi, 37-ci Polis Bölməsinin rəisi Bayram İslamov tutduğu vəzifədən azad edilərək Nəsimi rayon Polis İdarəsinin 21-ci Polisi Bölməsinin rəisi təyin olunublar.

11-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.