İdman 17:12 11.03.2013

Ramin Musayev: “Onlar yaxşı işləmir”

“Nikolas Kanales yaxşı futbolçudu. O, bizim çempionat üçün az əziyyət çəkmir. Ona uğurlar arzulayıram. Kanales Çili yığmasında da oynamağa layiqdi”. 

Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev Premyer Liqanın bombardirlər yarışında yalnız əcnəbi futbolçuların yer almasına da münasibət bildirib: “Şadam ki, çempionatımızda vurulan 10 mininci qolun müəllifi Elvin Məmmədov oldu. Asif Məmmədova görə də sevindim. Onun da “Xəzər Lənkəran”a vurduğu qol Premyer Liqada fevral ayının ən yaxşısı seçildi. Hərdən məndən də soruşurlar ki, niyə bombardirlər yarışında azərbaycanlı oyunçular yoxdu. Amma bilmirlər ki, bu, mənim günahım deyil”.

PFL rəhbəri millinin baş məşqçisi Berti Foqtsun köməkçilərindən narazılıq edib: “Millinin seleksiyaçı məşqçiləri yaxşı işləmir. Onlar Foqtsa vaxtında məlumat vermirlər ki, Azərbaycanda belə futbolçular var”.

Qaynar.info