"Real" futbol üzrə İspaniya çempionatının 21-ci turunda "Valensiya"nı məğlub edib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, Valensiya şəhərinin "Mestalya" stadionunda keçirilən görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Real" bu qələbə sayəsində 20 oyuna xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlində 4-cü yeri tutur. "Valensiya" (40 xal, 21 oyu) üçüncüdür.

İspaniya Primerosu . 21-ci tur

"Valensiya" – "Real" - 1:4
Qollar: 0:1 – Ronaldu – 16 (pen), 0:2 – Ronaldu – 38 (pen), 1:2 – Lorenso – 58, 1:3 – Marselo – 84, 1:4 – Kroos – 89.