Foto 13:55 03.09.2018

"Recep İvedik 6"nın yayım tarixi bəlli oldu (FOTO)

İzləyicilərin maraqla gözlədiyi "Recep İvedik 6" filmi gələn ilin fevralında tamaşaçı qarşısına çıxacaq.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı Şahan Gökbahar sosial şəbəkə hesabında məlumat verib.

"Xeyirlisi. Qəzamız mübarək olsun. Moda girdim artıq", - deyə o, yazıb.

Qeyd edək ki, aktyorun bu seriadan olan öncəki filmi "Recep İvedik 5" ötən il izlənmə rekordu qıraraq, Türkiyənin kinoteatrlarda ən çox baxılan komediya filmi olmuşdu.

Aktyorun sözügedən paylaşımlarını sizlərə təqdim edirik: