Dünya 11:53 13.12.2017

ABŞ: "Şimali Koreya ilə görüşlərə hazırıq"

ABŞ-ın xarici işlər naziri Reks Tillerson Şimali Koreya ilə bağlı açıqlamalar verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tillerson Vaşinqtonda yerləşən "Atlantic Council" adlı qurumda çıxış edərək ölkənin 2017-ci il xarici siyasətini dəyərləndirib.
 
"Daha əvvəl də qeyd etmişdik. Şimali Koreya nə vaxt istəsə, heç bir şərt irəli sürmədən görüşməyə hazırıq" deyə nazir bildirib. Tillerson həmçinin Şimali Koreyadan silanlanmadən əl çəkməyi istəməyin boş cəhd olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə əlaqənin düzəlməsinə ümidsiz və sərt mövqeyi ilə seçilir. Lakin Tillerson dəfələrlə diplomatik həll yolunun mümkünlüyündən danışıb. 

Gülşən