Foto 16:11 09.02.2018

Rəqqasə çox cazibədar olduğu üçün həbs edildi (FOTOLAR)

Misirdə "Qavhara" səhnə adı ilə tanınan rusiyalı rəqqasə Yekaterina Andreyeva fevralın 6-da gecə klublarından birində rəqs edərkən çəkilən görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra həbs olunub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı rəqqasə açıq-saçıq və cəzbedici geyimi ilə insanları əxlaqsızlığa təşfiq etməkdə ittiham olunur. Misirin Turizm və Qədim Əsərlərə Nəzarət İdarəsi Andreyevanın standart rəqs libası geymədiyi fikrini irəli sürüb. Rəqqasə isə əksinə geyiminin Misirin digər rəqqasələrinin geyimindən fərqli olmadığını deyib.

Digər bir tərəfdən rəsmilər Misirdə çalışmaq və yaşamaq üçün onun lazımi sənədlərinin olmamasını bildiriblər.

Yaxın zamanda Andreyevanın Misirdən deportasiya ediləcəyi gözlənilir.