Texnologiya 12:28 10.01.2018

Robot qadınlarla kişilərə qarşı fırıldaqçılıq

Çində "online" tanışlıq saytlarında qadınların süni intellekt olduğu ortaya çıxıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qadınlarla danışdığını düşünən kişilərin tərəf müqabilləri avtomatik cavab istehsal edən kompüterlər olub. 

İstintaq prosesinə cəlb edilən 21 tətbiqetmə şirkəti bağlanıb və 600 nəfər həbs edilib. Kişiləri mövcud olmayan seksual tərkibli videolar üçün ödəniş etməyə sövq edən süni intellektlər vasitəsilə 1 milyon Yuan (153 min ABŞ dolları) mənimsənilib. Şirkətlər buna görə fırıldaqçılıqda ittiham edilirlər.

Çində sosial media istifadəçiləri məsələyə maraqlı münasibət göstəriblər. Bəziləri "Süni intellekt insan zəkasını geridə qoyub", "Bu qədər bacarıqlı insanlar niyə fırıldaqçılıqla məşğul olurlar?!" kimi fikirlər səsləndirilib.

Gülşən