Portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Real"dan "Yuventus"a transfer olduqdan sonra əvvəlki komandası gözlənilməz hadisə ilə üzləşib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo ilə bərabər "Real"ın Tvitterdəki 1 milyon izləyicisi də komandanın səhifəsini tərk edib.

Əvvəlcə 32 milyon istifadəçisi olan səhifəni izləyənlərin sayı 31 milyona düşüb. Əvəzində "Yuventus"un izləyicilərinin sayı 20% artaraq 6,16 milyon olub. 

Bu vəziyyət təkcə Tvitterdə deyil, Feysbuk səhifəsində də müşahidə olunub. "Yuventus"un Feysbuk istifadəçilərinin sayı 400 min, İnstaqram izləyicilərinin sayı isə 900 min nəfər artıb.