Xəbər lenti

İdman 11:26 07.01.2014

Ronaldo son qərarını verdi


"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılıb-qatılmayacağı barədə son qərarını verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu "Selta Viqo" ilə matçdan sonra açıqlamasında yanvarın 13-ü Surixdə keçiriləcək mərasimdə iştirak edəcəyini deyib.

Qeyd edək ki, Ronaldonun FİFA prezidenti Yozef Blatterin onun haqda dediyi fikirləri bəyənmədiyi üçün mükafatlandırma mərasiminə qatılmayacağı iddia edilirdi. Ancaq o, bu barədə qərarını vermədiyini bildirmişdi.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->