İdman 14:22 01.05.2013

Ronaldodan Mourinyo haqqında şok sözlər

Çempionlar Liqasında "Borussiya Dortmund"a məğlub olan "Real Madrid"in ulduzu Kristiano Ronaldo Joze Mourinyo haqqında şok açıqlamalar verib. 

Qaynar.info-nun məlumatına görə, oyundan sonra jurnalistlərə açıqlama verən Ronaldo Mourinyonun klubdakı hələcəyi ilə bağlı mesajlar verib: "Mourinyo mənim vecimə deyil. Sadəcə özümü və "Real" düşünürəm. Oyunu dəyişdirə biləcək 3 qolu vura bilərdik. Vura bilmədik. Amma özümü yaxşı hiss edirəm. Kluba hər şeyimi verdiyim zaman özümü belə hiss edirəm". 

Ronaldo klubdakı yeri ilə bağlı açıqlamasında isə, "Hələ iki illik müqaviləm var və bunu uzatmaq məsələsində də narahat deyiləm. Sadəcə qalib gəlməyə davam etmək istəyirəm".

Qaynar.info