Video 12:47 11.09.2018

Rus ordusunun səriştəsizlikləri ABŞ mətbuatında (VİDEO)

ABŞ-ın "Business Insider" nəşri rus ordusunun başda T-34 və T-72 tankları olmaqla bir sıra texnikalarının səriştəsiz idarə edilməsi ilə bağlı videoları bir araya toplayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, nəşr Kursk zəfərinin 75-ci ildönümü ilə əlaqədar keçirilən paradda T-34 tankının daşıyıcının üzərinə düzgün şəkildə çıxarılmaması səbəbindən aşmasını gülünc vəziyyət adlandırıb.

Qeyd edək ki, hadisə avqust ayında baş vermişdi.

Videoda həmçinin bir Belarus tankının dirəyə çırpılmasını və körpü ilə toqquşan rus hərbi gəmisini də görə bilərsiniz.

Sözügedən xəbər Rusiya KİV-lərində də yayılıb və mətbuat "Rus ordusunun gücü getdikcə azalırmı?", "Təlimlər yaxşı keçirilmirmi?" sualını ortaya atıb.

Həmin videonu sizlərə təqdim edirik: