Xəbər lenti

Rusiya bu klubun azarkeş birliyini ekstremist elan etmək istəyir
İdman 18:38 20.05.2024

Rusiya bu klubun azarkeş birliyini ekstremist elan etmək istəyir

Rusiyanın Tula vilayətinin prokurorluğu "Arsenal" azarkeşlərinin birliyinin ekstremist kimi tanınmasını və Rusiya Federasiyası ərazisində qadağan edilməsini tələb edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Prokurorluq Rusiyada "Kiborqlar" futbol azarkeşləri assosiasiyasının fəaliyyətinə qadağa qoyulmasını tələb edir. İnzibati işə baxılma tarixi 2024-cü il iyunun 5-nə təyin edilib.

"Arsenal" Birinci Liqada "Rodina" ilə 4-5-ci yerləri bölüşür. 32 turdan sonra hər iki komandanın 52 xalı var. Hər iki klub hələ turnirin 33-cü turunun oyununu keçirməyib.

Qeyd edək ki, Birinci Liqada 3-4-cü yerlər Rusiya Premyer Liqasına (RPL) daxil olmaq hüququ üçün pley-off oynamaq hüququ verir. Birinci Liqada lider 61 xalla Mahaçqala "Dinamo"sudur. İkinci yerdə bir xal az toplayan "Ximki" qərarlaşıb. "Akron" 56 xalla liderlər cədvəlini qapayır. Əvvəllər Rusiya Futbol İttifaqı "Arsenal", "Torpedo" (Moskva) və "SKA-Xabarovsk" klubuna RPL-də iştirak üçün lisenziya verməkdən imtina edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->