Dünya 10:44 01.11.2017

Rusiya Ermənistana pulsuz qrad əleyhinə raket sistemi verib

Rusiya Ermənistana "Antiqrad” qrad əleyhinə raket sistemi verib. 

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib:
 
"Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək”.

Məlumata görə, Ermənistanın föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.
 
Qaynarinfo.Az