Rusiya Ermənistana "Antiqrad” qrad əleyhinə raket sistemi verib.
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib:
"Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək”.
Məlumata görə, Ermənistanın föqəladə hallar naziri David Tonoyan yeni sistemin quraşdırıldığı Araqtsotn vilayətinin Artaşavan kəndində olub.
Qaynarinfo.Az
Şərhlər