Xəbər lenti

Dünya 17:02 27.05.2013

Rusiya ilə İsrail arasında şok razılaşma

Rusiyanın S-300 raketdən müdafiə sistemlərini Suriyaya verməmək üçün İsraillə gizli razılaşdığı bildirilir. 

Qaynar.info-bildirir ki, razılaşmanın şərtlərinə görə, Rusiya Əsədə S-300 raketləri göndərməyəcək, əvəzində isə İsrail Suriyaya hava zərbələri endirməyəcək. 

Bu barədə məlumatı İngiltərənin "Sunday Times" qəzeti yayıb. Qəzet yaydığı məlumatda bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu ötən həftə Moskvaya etdiyi səfərində prezident Vladimir Putini Suriyaya S-300 raketləri göndərməmək məsələsində razı sala bilib. 

İsrail tərəfi isə yayılan məlumatları nağıl adlandırıb. 

Adının açıqlanmasını istəməyən israilli rəsmi "Ynet" saytına verdiyi açıqlamasında, "Bu xəbərin həqiqətlə uzaqdan yaxından əlaqəsi yoxdur. Bu, bir nağıldır. Putinlə Netanyahu arasında belə bir razılaşma olmayıb" deyib. 

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->