Dünya 16:28 17.12.2018

Rusiya Krıma hərbi təyyarələr göndərir

Rusiya Müdafiə Nazirliyi Krıma 10-dan çox hərbi təyyarənin göndəriləcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 10 ədəd "Suxoy SU-27" təyyarəsindən əlavə "SU-30" təyyarələri də yarımadada yerləşəcək. 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanı ilin son 10 günündə Krımda təxribat hazırlığında ittiham edib və addıma qarşılıq veriləcəyini deyib. 

Gülşən