Dünya 15:46 11.12.2017

Putin göstəriş verdi: Rusiya ordusu Suriyadan çıxır

Rusiya prezidenti Vladimir Putin Suriyada yerləşən hərbi bazanı ziyarət edib və əsgərlərə ölkəni tərk etmək barədə göstəriş verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, prezident Misirə gedərkən gözlənilməz şəkildə Suriyada yerləşən Xmeymim hərbi bazasına gedib. Suriya prezidenti Bəşər Əsəd tərəfindən qarşılanan Putin 2015-ci ildən bəri əməliyyatlarda iştirak edən qüvvələrə çəkilmək barədə təlimat verdi. O, bu barədə qərarını müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimova çatdırıb. 

Putin Rusiyanın Suriyada 2 il kimi qısa bir müddət ərzində İŞİD üzərində qələbə qazandığını vurğulayıb və terror qrupunun yenidən bölgəyə gələcəyi təqdirdə oxşar addımı atacaqlarını qeyd edib. 

Gülşən