Video 17:25 18.03.2018

Rusiya prezident seçkilərində saxtakarlıq (VİDEO)

Rusiyanın paytaxtı Moskvada seçki məntəqələrinin birində saxtakarlıq faktı qeydə alınıb.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, seçki dairəsi komissiyasının üzvlərindən birinin sandığa saxta bülleten atması kameraya düşüb.

Məsələ ilə bağlı açıqlama verən Rusiya MSK-nın Moskva şəhəri üzrə komissiyasının sədri İrina Konovalova saxtakarlıq faktı aşkar edildikdən sonra seçki dairəsinin sədri və komissiya üzvünün işdən çıxarıldığını bildirib.