Xəbər lenti

Rusiya qatar və təyyarələrində sürətli internet veriləcək: Yeni plan
Texnologiya 12:17 21.11.2019

Rusiya qatar və təyyarələrində sürətli internet veriləcək: Yeni plan

Rusiya Milli Texnoloji Təşəbbüslər qurumu ölkə qatarları və təyyarələrini sürətli internetlə təmin etməyi planlaşdırdıqlarını bildirib. 

Qaynarinfo "İzvestiya”ya istinadən xəbər verir ki, layihə müəllifləri artıq ideyanın inkişaf etdirilməsi ilə məşğuldur. Bunun tamamilə yeni simsiz rabitə sistemi olacağı deyilir.

Layihə müəllifləri bildiriblər ki, yeni rabitə sistemi olan ilk hissə 2022-ci ilə qədər test ediləcək. Yeni rabitə həm mobil, həm peyk sistemiylə qurula biləcək. 

Qeyd olunur ki, nəqliyyat vasitəsində istifadəçilərə tanış olan hər hansı bir ünsiyyət interfeysi, o cümlədən WiFi və 4G vasitəsilə yüksək sürətli İnternetə qoşulmağa imkan verən şlüz quraşdırılacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->