İdman 23:35 27.03.2024

Rusiya səfiri: "Moskva və Paris Ukraynada Olimpiya atəşkəsini müzakirə etmir"

Rusiya və Fransa Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukraynada atəşkəsin elan edilməsinin mümkünlüyü ilə bağlı dialoq aparmırlar. 

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov məlumat verib.

"Bizim dövlət səviyyəsində bu mövzuda heç bir dialoqumuz olmadığı halda, Olimpiya atəşkəsi haqqında danışıq eşitmək çox qəribədir”, deyə o, "Rossiya 24” telekanalında deyib. 

Qeyd edək ki, martın 17-də Ukrayna mətbuatına müsahibə verən Fransa prezidenti Emmanuel Makron rusiyalı idmançıların Olimpiya Oyunlarında neytral statusda iştiraka buraxılmasını xatırladıb. Ukraynalı jurnalist onu yarış zamanı Rusiyadan atəşi dayandırmağı tələb etməyə çağırıb və o, bunu xahiş edəcəyinə söz verib. 

Nizami Bağırov