Rusiyanın "Страны мира" ensklopediyasında Dağlıq Qarabağ ayrıca dövlət kimi göstərilib.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, ensklopediyada qondarma Dağlıq Qarabağ Respublikası Ermənistanın tərkibində verilib. Bununla yanaşı onun bayraq və gerbi də dərc olunub.
Qeyd edək ki, sözügedən ensklopediya 2016-cı ilin dekabr ayında Rusiyanın Sank-Peterburq şəhərində çap edilib.
Çingiz Səfərli
Qaynarinfo.Az
Şərhlər