Dünya 12:39 12.12.2019

Rusiyanin 72 metirlik sualtı qayığı batdı

Dekabrın 11-də axşam saatlarında Sakit Okean Donanmasının 72 metrlik sualtı qayığı batıb.

Qaynarinfo xəbər verir ki, bu haqqda məlumatı Rosmorrechflot-un mətbuat xidməti yayıb.

Gəmi qoşquyla çəkildiyi zaman hissə-hissə suya batıb. Hadisə Vostok körfəzində baş verib. Əvvəlcə gəminin burnu suya batıb. 

Gəminin göyərtəsində nə heyət, nə də yanacaq var. 

Təkrar istehsala aparılan gəminin mənzil başına çatması üçün əlavə xilasetmə vasitələri lazımdır.

Alpər