İdman 11:02 27.02.2013

Ruslan Abışov rəsmən "Rubin"də

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov bu gün Rusiyanın "Rubin" klubu ilə rəsmi müqavilə bağlayıb. 

ANS PRESS-in verdiyi xəbərə görə, azad agent statuslu müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. 

1987-ci ildə Bakıda anadan olan Ruslanın 187sm boyu və 74 kq çəkisi olduğu bildirilir. “Neftçi” futbol məktəbinin yetirməsi olan 25 yaşlı futbolçu “Neftçi”nin heyətində 153 oyun keçirərək 18 qol vurub. Sonuncu komandası olan “Xəzər Lənkəran”ın heyətində isə 17 oyun keçirib və 1 qol vurub. 

Futbolçu həmçinin “Neftçi”nin heyətində 2011/2012-ci illərdə Azərbaycan çempionu olub.

Ruslan ilk dəfə “Rubin”in tərkibində meydana 2009-cu ilin 9 sentyabrında çıxıb. Yığmanın heyətində cəmi 30 oyun keçirən futbolçunun 3 qola imza atdığı bildirilir.

Qaynar.info