Xəbər lenti

Maqazin 13:31 30.08.2017

Sabiq ANS-çinin yeni iş yeri müəyyənləşdi (FOTOLAR)

Radio və TV aparıcısı Cavid Osmanov fəaliyətini bərpa edir. Üç radio və bir TV-də iş təcrübəsi olan Cavid Osmanov bir illik sükutdan sonra yenə radioya qayıdır. 

Bu barədə "Qaynarinfo"ya aparıcı özü məlumat verib: “Sentyabr ayının 4-dən etibarən mənim səsimi Azərbaycanın ən məşhur radiolarından biri olan "Radio Anten"dən eşidə biləcəksiniz.” 

Bir ildi iş həyatından uzaq qalan aparıcı bildirib ki, yeni iş təklifini düşünmədən qəbul edib: "Bir il mənim üçün çox əzablı keçdi. Radiodan uzaqda qala bilmədim və "Radio Anten"in rəhbərliyi iş təklifi edəndə düşünmədən razılaşdım".

“Şəxsi həyatımda olan dəyişikliklər yalnız uğur gətirməlidir. Ona görə var gücümlə çalışıb öz peşakarlığımı sübüt etməklə məşğul olacam. "Radio Anten" mənim üçün artıq doğmalaşıb, biz bir yerdə hələ çox işlər görəcəyik” deyə Cavid Osmanov qeyd edib.

Cavid Osmanov "Radio Anten"də, səhər saat 10.00-11.00 aralığında “Qolkiper” adlı idman verilişini aparacaq.  

Qeyd edək ki, Cavid Osmanov uzun müddət ANS TV və ANS ÇM-də işləyib.

Lalə Niftalıyeva

Qaynarinfo.Az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->