Dünya 10:47 18.02.2018

Sabiq CIA rəhbəri etiraf etdi: "Seçkilərə müdaxilə etmişik"

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq rəhbəri Ceyms Vulsi Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi ilə bağlı danışaraq ABŞ-ın da oxşar addım atdığını deyib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Vulsi ABŞ-ın başqa ölkələrdə keçirilən seçkilərə müdaxilə edib-etməməsi ilə əlaqədar suala "Ehtimal ki, biz də oxşar addımı atmışıq, amma kommunistlərin iqtidara gəlməsinin qarşısını almaq üçün, sistemin, demokratiyanın mənfəəti, yaxşı məqsəd üçün" cavabını verib.

Ceyms Vulsi sabiq prezident Bill Klinton dövründə MKA sədri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı istintaq prosesinə rəhbərlik edən Ceyms Müller ötən günlərdə 3 Rusiya qurumu və 13 Rusiya vətəndaşını ABŞ-dakı seçkilərə müdaxilədə günahlandırıb. Bu şəxslər arasında azərbaycan əsilli 27 yaşlı Ceyhun Aslanov da var.

Gülşən