Xəbər lenti

Sabiq deputat niyə saxlanılıb? (RƏSMİ AÇIQLAMA)
Ölkə 00:51 05.07.2023

Sabiq deputat niyə saxlanılıb? (RƏSMİ AÇIQLAMA)

"Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib".
 
Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

"Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir", - Z.Hüseynov qeyd edib.
 
Qeyd edək ki, Nazim Bəydəmirli 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil namizəd olaraq millət vəkili seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->