ABŞ-ın Massaçusets ştatında sahil qana bulanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 82 il sonra əyalətdə bir nəfər köpəkbalığının hücumuna məruz qalıb. 20 yaşlı serfçi dənizdən çıxarıldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ştatda sonuncu belə hadisə 1936-cı ildə baş vermişdi. ABŞ-da isə sonuncu köpəkbalığı hücumu 2015-ci ildə yaşanmışdı.
Şərhlər