Xəbər lenti

Dünya 13:34 17.06.2018

Şahzadə qəzaya düşdü: həyat yoldaşı öldü (YENİLƏNİB)

Kamboca şahzadəsi Norodom Ranaritin 74 yaşlı həyat yoldaşı Ouk Phall krallığın cənub-qərbində yol qəzası nəticəsində aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Qaynarinfo xəbər verir ki, Kamboca şahzadəsi Norodom Ranarit və həyat yoldaşının avtomobili iyunun 17-si səhər qarşıdan gələn maşınla toqquşub.

Qəzadan sonra ər və arvad xəstəxanaya yerləşdirilib.
 
***12.22
 
Kamboca şahzadəsi Norodom Ranarit və həyat yoldaşı Oak Falla avtomobil qəzasına düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Xinxua xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Kamponqsaom əyalətində baş verib. Qəza nəticəsində şahzadə və həyat yoldaşı yaralanıb.

Əyalət polis idarəsinin sözçüsü Çun Narin şahzadənin baş və ayaq nahiyyəsindən zədə aldığını, lakin zədəsi ciddi olmadığını, şahzadənin həyat yoldaşının isə ağır yaralandığını söyləyib.

Onun sözlərinə görə, şahzadənin həyat yoldaşı isə qəza zamanı ağır yaralanıb.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->