Dünya 14:54 19.02.2019

Şahzadənin 450 milyona aldığı əsər saxta çıxdı (FOTO)

Ötən il Səudiyyə Vəliəhdi Məhəmməd ibn Salman tərəfindən alınan Leonardo da Vinçinin "Salvator Mundi" əsərinin saxta olduğu iddia edilib.

Qaynarinfo xəbər verir ki, ekspert Jak Frank 450,3 milyon dollara alınmış əsərin saxta olduğunu, başqa rəssam tərəfindən çəkildiyini iddia edib. Abu Dabi Luvr muzeyi məsələ ilə bağlı açıqlama verərək bu iddianın Frankın şəxsi fikirləri olduğunu, "Salvator Mundi"nin Parisdəki Luvr Muzeyində sərgiyə çıxarılacağını deyib.


Gülşən