Xəbər lenti

Şahzadəyə çevrilən sadə qızlar - Kimdir onlar? (FOTOLAR)
Dünya 09:00 14.12.2019

Şahzadəyə çevrilən sadə qızlar - Kimdir onlar? (FOTOLAR)

Sadə qızların şahzadələrlə ailə qurmasına müasir komediya və melodramlarda tez-tez rast gəlinir. Lakin unuduruq ki, bu hekayələrin çoxu reallığa söykənir.

Qaynarinfo xarici KİV-ə istinadən təsadüf nəticəsində kral və şahzadələrin həyat yoldaşı olmuş 5 sadə amerikalı qadını təqdim edir.
 
Meri Şantala

Yunanıstan vəliəhdi Pavelin və Meri Şantalanın 1995-ci ildə baş tutan toyu o dövrün ən dəbəbəli toy mərasimi olub. Hətta II Yelizaveta və şahzadə Filipin toyundan da üstün olduğu deyilir. Lakin Yunanıstan artıq müstəqil respublika olduğu üçün milyarder Robert Millerin qızı Meri və şahzadə həyat yoldaşı indi sadə ABŞ vətəndaşı kimi həyat sürürlər. Cütlük lüks uşaq mağazası işlədir. Meri markanı ailəsindən ilham alaraq yaratdığını və müvəffəqiyyəti atasından miras qalan iş qabiliyyəti sayəsində yaxaladığını bildirib. Kral tədbirlərində Şantalanın hələ də öz rəsmi adından istifadə etmək hüququ var. Elə məhz şahzadə Uilyamla Keytin toyunda da rəsmi ünvanı ilə iştirak etmişdi.
 

 
Liza Hələbi

Lisa Hələbi İordaniya kralı, Yaxın Şərqdə sülhməramlı olaraq da tanınan Hüseynin həyat yoldaşı olmamışdan əvvəl məşhur və görkəmli insan idi. Suriya əsilli amerikalı iş adamının qızı olan Liza xeyriyyəçilik və sahibkarlıqla məşğul olurdu. Liza Prinston Universitetini memarlıq və planlaşdırma ixtisası üzrə bitirib. Bu ona İordaniya və Əmmanda hava limanının tərtibatında kömək edib və burada da gələcək əri ilə tanış olub. Lizadan 16 yaş böyük olan Hüseyn çətin anlar yaşamış, helikopter qəzasında üçüncü həyat yoldaşını itirmişdi. 
6 həftəlik gizli görüşlərdən sonra cütlük 1978-ci ildə ailə həyatı qurur. Toy hədiyyəsi olaraq Hüseyn Lizaya Nur adını verib. Adına sadiq qalaraq, bugünkü kimi Raniya kraliçası olaraq Qərblə Şərq arasında saziş körpüsü qura bilib. Növbəti 20 ildə - Hüseynin ölümünə qədər o iqtidara mümkün yaxın insanları, məsələn, Fələstin lideri Yasir Ərəfat, Bil Klinton və İsrailin sabiq baş naziri İshaq Rabin kimi siyasətçilərlə tanış olub. Bu gün o, qadın hüquqlarının sadiq mühafizəçisi və qaçqın hüquqlarının dəstəkçisidir.
 

 
Sara Batler

Texaslı sadə bir qız şahzadə Zeyd Raad əl-Hüseynlə ailə qurduqdan sonra İordaniya şahzadəsi Zarah Zeyd oldu. Şahzadə titulundan əlavə Zeyd İraq taxtının da sahibi olmaq iddiasındadır. Çünki o, 1958-ci ildə dövlət çevrilişində öldürülən ölkə monarxı II Faysalın son qohumudur. Lakin kral qanından olan digərləri kimi evli cütlük də Nyu Yorkda sakit həyat sürür. Şahzadə hazırda BMT-nin İnsan Hüquqları üzrə müvəkkili, həyat yoldaşı Sara isə qadın və uşaqların qorunması sahəsində çalışır.
 

 
Kendra Spirs

Çoxları Kendra Spirsi bənzərsiz gözəlliyi və cazibəsinə görə müasir Sindi Krovford adlandırırdı. Bir vaxtlar onun uğurlu modellik karyerası da olub, "Vague” jurnalında rol alıb və gələcək həyat yoldaşı ilə tanış olmamışdan əvvəl Paris və Milanda bir neçə moda nümayişində iştirak edib. Keçmiş model 2013-cü ildə şahzadə Rəhimlə ailə həyatı qurub. Şahzadə Rəhim indiki kral Ağa Xanın varisidir və dünyada kral ailəsinin ən varlı üzvlərindən hesab olunur. Evliliyi ilə əlaqədar İslam dinini qəbul edən Sosial Fakultəsi məzunu Kendra bunun ona xoşbəxtlik gətirdiyinə inanır.
 

 
Kelli Rondestvedt

Kelli xatirələrini bölüşərkən qeyd edir ki, özünü Floridalı investisiya bankiri kimi təqdim edən yaraşıqlı, ucaboy, ağlıllı biri onun xoşuna gəlməyə bilməzdi. Yeri gəlmişkən, tanış olduqları vaxt həmin şəxsin daha böyük titula sahib olduğu ağlına belə gəlməzdi. Bu, Sakse-Koburq-Qotanın irsi şahzadəsi Maykl Hubertus idi. Cütlüyün toyu 2009-cu ildə olub.
Toyda Xubertusun müəyyən əlaqələri olan Karl Qustav və İsveç Kraliçası Sevilya kimi məşhur şəxsiyyətlər iştirak edib. Bununla birlikdə onun Avropanın, o cümlədən Böyük Britaniyanın taxtda olan əksər ailələriylə də bağları var.
 

 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->