Dünya 09:50 09.10.2018

Salzböri hücumunda ittiham edilən 2-ci şəxsin adı açıqlandı

Salzböri hücumunda ittiham edilən ikinci şəxsin adı müəyyənləşib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mart ayında İngiltərənin Salzböri ərazisində sabiq rus agenti Sergey Skripal və qızı Yuliyanı "Noviçok" maddəsi ilə zəhərləməkdə ittiham edilən 2-ci şəxsin Aleksandr Mişkin olduğu açıqlanıb. Mişkin İngiltərəyə Aleksand Petrov adı ilə səfər edib. Hücumda ittiham edilən ilk şəxs isə Anatoli Çepiqadır.

Qeyd edək ki, Rusiya bu ittihamları rədd edir.

Gülşən