Foto 10:02 16.02.2019

Şamaxıya qar yağdı (FOTOLAR)

Şamaxıya qar yağıb .

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ötən axşam rayon ərazisinə yağan sulu qar səhər saatlarından etibarən qarla əvəzlənib .

Şəhərlə yanaşı rayonun dağlıq  kəndləri də ağ örpəyə bürünüb.

Ən çox qar Dəmirçi, Qızmeydan, Pirbəhli, Sis və Qaladərəsi kəndlərinə yağıb. Burada qarın hündürlüyü 15 sm-ə çatıb .

Havanın temperaturu 5 dərəcə aşağı düşüb. Hazırda qar yağmaqda davam edir .  

Texnikalar vasitəsilə avtomobil yollarının qardan təmizləmə işi aparılır.