Texnologiya 12:21 25.10.2018

"Samsung"un istehsalı olmayan ilk "Galaxy" telefonu təqdim edildi

"Samsung" ötən gün Çində yeni "Galaxy A" seriyasını təqdim edib. 

Qaynarinfo The Verge-ə istinadən xəbər verir ki, daha əvvəl istehsal edilmiş "Galaxy A9s" Çin bazarı üçün "Galaxy A9" adlandırılıb. Təqdim olunan digər model "Galaxy A6s"dir. Bu model "SamMobile" tərəfindən istehsal edilib və "Samsung"un öz istehsalı olmayan ilk "Galaxy" modelidir. "Galaxy A6s" 2 ədəd 12 MP arxa, 1 ədəd 12 MP ön kameraya, 6BG RAM, 64 və 128 GB yaddaşa sahibdir. Qiyməti təxminən 260 dollardır. 

Gülşən