Dünya 16:30 15.02.2013

Sarkisyan arvadı haqqında 250 min dollara film çəkdirdi


Rusiyanın "Rossiya 24" kanalında Ermənistan prezidenti Serj Sarkisyan və arvadı Rita Sarkisyan haqqında film nümayiş olunub.

Qaynar.info-nun "ArmenianReport"-a istinadən verdiyi xəbərə görə, Serj və Rita Sarkisyan haqqındakı filmin kanalda nümayişi 250 min dollara başa gəlib.

"Prezidentlə evli" adlanan film Ermənistan prezidentinin ailəsinə həsr olunub. Filmdə prezidentin arvadı Rita Sarkisyan əri Serj Sarkisyanla həyatından danışıb.

Ermənistan hakimiyyətinə yaxın mənbələr bildiriblər ki, filmin çəkilməsi və nümaşyişi ölkə rəhbərliyinə 250 min dollara başa gəlib.

Qaynar.info