Ölkə 16:48 20.05.2018

Şəhid olan hərbi qulluqçumuz kimdir? (FOTO)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Qaynarinfo-nun məlumatına görə, Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.
 
Məlumatımıza görə, ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.
 
Allah şəhidimizə rəhmət eləsin! Vətən sağ olsun!