Sənət 09:00 24.06.2018

Şəhriyar Del Gerani “Xalqın şairi”nin qalibi oldu

Beynəlxalq Muğam Mərkəzində "Xalqın şairi” yarışmasının final çəkilişləri olub.

Qaynarinfo xəbər verir ki, ARB kanalında yayımlanan və böyük maraq doğuran "Xalqın şairi” layihəsinin qalibi tanınmış şair Şəhriyar Del Gerani olub.
 


İkinci yerə Həsən KürQismət Mənsimov layiq görülüb. Mehman Rəsul adlı iştirakçı isə üçüncü yerdə qərarlaşıb.

Əvvəlcədən "Xalqın şairi” yarışmasının qalibi evlə təmin olunacaqdı. Lakin layihənin rəhbəri Mübariz Əsgərov ev verilməyəcəyini, evin dəyərində pulun mükafatçılar arasında bölüşdürüləcəyini açıqlamışdı.

Xatırladaq ki, yaxın zamanlarda final çəkilişini ARB kanalında izləyə biləcəksiniz.