Şəkər xəstəliyini müəyyənləşdirmək üçün yeni metod tətbiq edilə bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Bath Universitetinin alimləri xüsusi bilək lentini istifadəyə vermək üzrədirlər. Biləyə taxılan lentin içində xüsusi cihaz yerləşir və miniatür sensorlar vasitəsilə qandakı qlükoza miqdarını ağrı hiss etmədən ölçə bilir. Proses bədəndəki tüklərin kökləri arasındakı hüceyrələrdən alınan maye vasitəsilə reallaşdırılır. Cihaz qandakı şəkər miqdarı yüksələn zaman smart telefona bildiriş göndərəcək.

Qeyd edək ki, bu vasitə ilə qandakı şəkərin miqdarını müəyyənləşdirmək üçün qan analizinə ehtiyac qalmayacaq.

Gülşən