Dünya 12:47 07.09.2013

Seksin faydaları - CNN-in araşdırması

Bu yaxınlarda məşhur amerika informasiya agentliyi CNN sekslə məşğul olmağın tibbi cəhətdən inanılmaz xüsusiyyətləri və böyük faydası haqda məqalə dərc etdi. Məqalənin müəllifi – Valeri Reisdir. ANN.Az həmin məqaləni sizin diqqətinizə təqdim edir:

Biz hamımız bilirik ki, sekslə məşğul olmaq insana həzz verir və bundan sonra o, özünü çox yaxşı hiss edir. Amma sekslə məşğul olmaq bizim sağlamlığımızı hansı yolla yaxşılaşdırır? Cavab – bu, möhkəm çarpayı cırıltısıdır.

"Sizin seksual sağlamlığınız bütövlükdə sizin sağlamlığınızın təzahürüdür”, seksual məsələlər üzrə məsləhətçi və "O, birinci yerdədir” kitabının müəllifi Yan Kerner deyir.

Tədqiqatçılar seksin elmi dərinliklərinə vararaq aşkarlayıblar ki, özünü qiymətləndirmə bəzi xəstəliklərin yaranması riskini azaldır və əksinə, cinsi meylin və arzunun yoxluğu sizdə müəyyən problemlərin mövcudluğunun göstərici ola bilər.

"Əgər siz özünüzü seksual hesab etmirsinizsə, bu, adətən, sizin həyatınızda başqa nələrinsə baş verməsinin əlaməti olur, bu, o deməkdir ki, sizin həyatınızda nəsə qaydasında deyil”, - Kerner deyir. 

"Ola bilsin, siz depressiyaya düşmüsünüz, formada olmamısınız, düzgün qidalanmamısınız və ya güclü stress yaşamısınız”.

”Yuxarıda sadalanmış bütün suallara cavabların tapılması çox vacibdir”, Kerner deyir, çünki bizim seksual təcrübəmiz həyatımızın hər aspektinə praktik olaraq reaksiya verir.

Sekslə nə qədər vaxtaşırı məşğul olmaq lazımdır?

Seksual fəallıq insana onun həblərdən və ya dərmanlardan ala bilməyəcəyi faydalar verir.

Məsələn, sekslə məşğul olmaq sizin ürəyinizə kömək edə bilər.

Bəli, güclü ereksiya sizin ürəyinizi daha da gücləndirir. 2008-ci ildə Amerika kardiologiya jurnalında aparılmış araşdırmaya əsasən, cinsi zəiflik ürək-damar sisteminin pis işləməsiylə birbaşa əlaqəlidir.

 Tətqiqatçılar 2300 kişi arasında araşdırma aparıblar və aşkarlayıblar ki, cinsi zəifliyi olanların 58%-i ürəyin işemik xəstəliyinin inkişafına meyllidir. Hərçənd cinsi zəifliyin başqa səbəbləri də var, əgər siz tez bir zamanda bunun üstünə düşsəniz, onda ürəyinizi xilas etməniz mümkündür.

Sekslə məşğul olmaq prostat vəzi xərçənginin inkişafı riskini azaldır

Amerika Tibbi Assosiasiyasının Jurnalında, 2004-cü ildə dərc edilmiş araşdırma göstərir ki, ayda 21 dəfə boşalma keçirmiş (istər partnyorla olsun, istərsə də masturbasiya ilə) kişi cinsinin nümayəndələri arasında, müayinədən keçmiş 29 000 nəfərdə yaşlı vaxtında prostat vəzisi xərçənginə tutulma ehtimalı aşağı olmuşdur, nəinki, ayda 4-7 dəfə boşalmış kişilərdə.

 Seks sizin işinizə kömək edə bilər

Antropoloq Helen Fişer aşkarlayıb ki, müntəzəm sekslə məşğul olmaq problemlərin həllində yardımçı olur, yaradıcılıq potensialını yüksəldir və əməkdaşlığın yaxşılaşmasına yardım edir.

Öpüşün sağlamlığa xeyiri

Öpüşlər sizə yaşınızdan daha gənc görünməyə imkan verəcək  

Bu, təmiz həqiqətdir. Araşdırmaların birində alimlər 3500 avropalı-amerikalı qadın və kişini müşahidə ediblər, onlar öz yaşlarına görə cavan görünürdülər (olduqları yaşdan 7-12 il cavan). 10 il müddətində aparılmış araşdırma nəticəsində alimlər aşağıdakı qərarlara gəldilər:

 Faktor №1: Onların hamısı mütəmadi olaraq idmanla məşğul olurlar

Faktor №2: Sağlam və aktiv seksual həyat. Tədqiqatın iştirakçılarının əksəriyyəti həftədə iki-üç dəfə cinsi əlaqədə olurdu. Bütün bunlar ciddi münasibətlər zəminində olurdu.

Orqazm seksual həyata necə təsir göstərir?

Orqazm stressi zəiflədir

"Orqazmqabağı qadınlar trans vəziyyətinə bənzər hala düşürlər”, Kerner deyir. Bu, beyində gərginliyin çıxarılması vəzifəsini görən hissələrin fəallaşmasına kömək edir.

Seks beyini oyadır  

"Seksual həyəcan özündə fizioloji və psixoloji həyəcanları ehtiva edir”, Kerner deyir. Bundan başqa, mənəvi əsaslar da böyük rola malikdir.

 Buna görə də Kerner yalnız müntəzəm sekslə məşğul olmağa səsləmir - ən azı həftədə bir dəfə, həm də özündə rahatlığı, macəraları və hissləri ehtiva edən sekslə məşğul olmağa səsləyir.

Seks insanların həyatını yaxşılaşdırır

"Əgər insanlar sekslə yaxşı məşğul olurlarsa – onda onların həyatının dəyişməsi heyrət doğurur”, Kerner deyir. "Onlar ruhlanırlar, bu da onların araqlamasına və özlərinin qayğısına qalmasına yardım edir, onlar özlərini sevilən hiss edirlər, məmnun qalırlar və iş yerində qıcıqlanmağa daha az meylli olurlar”.

 ”Sağlam seksual həyatın olması bir çox münasibətlərdə sizin səhhətinizin möhkəmlənməsinə xidmət edir”, - Kerner qeyd edir. 

Tərcümə: Ramil Rahiboğlu

ANN.Az