Ekonomiks 10:00 09.08.2018

Prospect ERP: Sənəd Dövriyyəsi sistemində dəyişikliklər edildi

Hər ay hazırladığı Digest - videoçarxlarla ERP məhsullarının yeniliklərini, müştəriləri ilə bağlı ən son xəbərləri və ölkənin İT bazarında marağa səbəb olan əməkdaşlıqları ilə gündəmdə qalmağı bacaran Prospect ERP bu dəfə də Elektron Sənəd dövriyyəsi sisteminin yenilikləri haqqında  Xüsusi buraxılışını təqdim edir.

Sistemdə aparılan təkmilləşdirmə əməliyyatları proqramdan yararlanan hər bir istifadəçinin rahatlığını və tək toxunuşla daha çox işlər görmək potensialını artırmaq istiqamətində nəzərdə tutulub.
Prospect ERP-nin 15 illik professional təcrübəsinin məhsulu olan Elektron Sənəd Dövriyyəsi həmçinin sənədləşmə işləri sahəsində Azərbaycan Respublikası Qanunvericiliyi ilə təsdiqlənən ilk milli proqram təminatıdır.

Ümumilikdə Elektron Sənəd Dövriyyəsi sistemində:

1. İnterfeys rahatlığı
2. Dashboard və Rollar modulu
3. Vahid pəncərə üstünlüyü
4. Nömrələnmə imkanı
5. Nəzarətdə olan sənədlər paneli
6. Hesabat modulu
7. Skan mərkəzi imkanı
8. İnteqrasiya üstünlüyü

və s. kimi bir çox köklü dəyişikliklər edilmişdir. 

Elektron sənəd dövriyyəsi sistemi  ofisdaxili və xarici sənədləşmə işlərini  avtomatlaşdıran çox modullu proqram təminatı olaraq sənədin daxil olmasını, qeydiyyatını, icraya göndərilməsini, bölmələrdən keçidini, çıxışını və digər sənədlə bağlı olan hər bir əməliyyatı elektron qaydada aparmağı təmin edir. İş fəaliyyətini sadələşdirməklə yanaşı istifadəsi də rahat olduğuna görə ən tələbkar müştərinin belə ehtiyaclarını ödəyir. 

Onu da qeyd etmək istərdik ki, Veysəloğlu Şirkətlər Qrupu, İDEA, Hilton Otel, SGS, Centron Mağazalar şəbəkəsi və s. kimi böyük təşkilatların istifadəsində olan Elektron Sənəd Dövriyyəsi sisteminin yenilənmiş çoxfunksiyalı versiyasının artıq bir çox dövlət və özəl müəssisələrdə tətbiqinə başlanılıb.